SON XƏBƏRLƏR

İranda daha 8 məhbus edam edildi

2026.11.23, 15:39
İranda daha 8 məhbus edam edildi

İranın Kərəc, Sari, Günbəd Kavus, Şiraz və Şuş şəhərlərinin həbsxanalarında 8 məhbus edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Onlar narkotik maddələrin qaçaqmalçılığı və adam öldürməkdə günahlandırılıb.

Sari şəhərinin həbsxanasında narkotik cinayətinə görə edam olunan İsar Məhəmmədvəlinin Əfqanistan vətəndaşı olduğu bildirilib.

İran məhkəməsi və rəsmi dövlət mediası edamlar barədə məlumat yaymayıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar