SON XƏBƏRLƏR

Tramp: İran Vaşinqtonu təhdid edərsə, “heç bir ölkənin ödəmədiyi qədər ağır bədəl ödəyəcək”

2026.11.17, 15:01
Tramp: İran Vaşinqtonu təhdid edərsə, “heç bir ölkənin ödəmədiyi qədər ağır bədəl ödəyəcək”

İran Vaşinqtona qarşı hər hansı təhlükə yaradarsa, görünməmiş nəticələrlə üzləşəcək.

Gunaz.tv

Bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

“Əgər belə bir təhlükə varsa, İran indiyədək heç bir ölkənin ödəmədiyi qədər ağır bədəl ödəyəcək”, – deyə Tramp Filippində çıxışı zamanı bildirib.

O, ABŞ-ın bu ehtimalı ciddi qəbul etdiyini vurğulayaraq, İranın nüvə silahı əldə etməsinə imkan verilməməli olduğunu deyib.

Trampdan Çin Prezidenti Si Cinpin və Rusiya Prezidenti Vladimir Putindən İranla müharibənin başa çatdırılmasına kömək etmələrini istəyib-istəməyəcəyi soruşulub. O, bunu edəcəyini bildirib və Çində keçiriləcək görüşün məhsuldar olacağını gözlədiyini qeyd edib.


C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar