SON XƏBƏRLƏR

ABŞ kəşfiyyatı İranın Vaşinqtonda “çirkli bomba” hücumu planlaşdıra biləcəyini ehtimal edir – CNN

2026.11.17, 10:22
ABŞ kəşfiyyatı İranın Vaşinqtonda “çirkli bomba” hücumu planlaşdıra biləcəyini ehtimal edir – CNN

İranın Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli rəsmilərini radioaktiv “çirkli bomba” və ya kimyəvi silahla hədəfə almaq üçün mümkün planlar hazırladığı bildirilir.

Gunaz.tv

Bu barədə CNN telekanalı yeni kəşfiyyat məlumatları ilə tanış olan yeddi ABŞ rəsmisinə istinadən məlumat yayıb.

CNN-ə danışan mənbələr bildiriblər ki, hazırlanan planlar yaxın zamanda hücumun həyata keçiriləcəyinə işarə etməkdən daha çox, İrana gələcəkdə istifadə edə biləcəyi müxtəlif variantlar yaratmaq məqsədi daşıyır. Buna baxmayaraq, əldə olunan məlumatlar ABŞ-ın təhlükəsizlik qurumlarını təcili ehtiyat tədbirləri görməyə vadar edib.

Ağ Evin sözçüsü administrasiyanın mümkün təhdidləri izlədiyini bildirib, lakin vurğulayıb ki, “hazırda ABŞ ərazisinə qarşı ciddi təhdidlər mövcud deyil”.

Qeyd edək ki, “çirkli bomba” radioaktiv materialları ətrafa yaymaq üçün adi partlayıcı maddələrdən istifadə edən qurğudur.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar