SON XƏBƏRLƏR

Milad Armun təkadamlıq kameraya köçürülüb

2026.11.23, 10:49
Milad Armun təkadamlıq kameraya köçürülüb

Edama məhkum edilən azərbaycanlı siyasi məhbus Milad Armun Kərəcin Qızılhisar həbsxanasının təkadamlıq kamerasına köçürülüb.

Gunaz.tv

Bu barədə insan ahqları təşkilatları məlumat yayıb.

Həbsaxana rəhbərliyi bunun səbəbi barədə açıqlama verməsə də, insan haqları təşkilatları onun edam qabağı hazırlıq üçün köçürüldüyünü bildirrlər.

Ərdəbil əyalətinin Xiyav (Meşkin) şəhərinin Qoşa kəndindən olan 27 yaşlı Milad Armun 2022-ci ilin sentyabr ayında ümumxalq etiraz aksiyalarında iştirak etdiyinə görə həbs edilib.

O və başqa 3 gənc Arman Əliverdi adlı hökumət məmurunun öldürülməsi ittihamına görə, “müharibə”, “qəsdən adam öldürmədə iştirak” və “ictimai asayişi və əmin-amanlığı pozmaq”da günahlandırılıb. 

Cari ilin aprel ayında Tehran İnqilab Məhkəməsinin 13-cü bölməsi Milad Armun və başqa üç nəfəri "qəsdən adam öldürməkdə iştirak" ittihamına görə hər birini bir insanın qan pulunun bərabər hissəsini ödəmək və beş il həbs cəzasına məhkum edib.

Ancaq Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsi cari ilin may ayının sonlarında onun barəsində yenidən edam hökmü çıxarıb.

Milad Armun həbs edildiyi vaxt və ondan sonrakı dövrdə davamlı işgəncələrə məruz qalıb.

Hazırda Kərəcin Qızılhisar həbsxansında saxlanılan güney azərbaycanlı gənc barəsində irəli sürülən qətl ittihamının saxta olduğunu, bu işdə əli olmadığını bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar