SON XƏBƏRLƏR

İran müharibə bəhanəsindən repressiyalar üçün istifadə edir- Sato

2026.11.20, 14:33
İran müharibə bəhanəsindən repressiyalar üçün istifadə edir- Sato

Yanvar etirazlarının davamlı olaraq yatırılması, edamların artması və öldürülənlərin ailələrinə qarşı mütəşəkkil təzyiqlər edilir.

Gunaz.tv

Bunu BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato Fransa Milli Assambleyasındakı çıxışında deyib.

O, İran hakimiyyətinin müharibə atmosferindən dünya ictimaiyyətinin diqqətini geniş yayılmış insan hüquqları pozuntularından və etirazçıların repressiyasından yayındırmaq üçün istifadə etdiyini söyləyib.

Noyabrın 18-də keçirilən iclasda Fransanın xarici işlər naziri Jan-Noel Barro və Amnesty International-ın İran üzrə tədqiqatçısı Raha Bahreini də proqramda iştirak ediblər.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar