SON XƏBƏRLƏR

Lindsi Qraham Pakistanın İranla bağlı diplomatiyada vasitəçi rolunu sual altına alıb

2026.05.27, 11:22
Lindsi Qraham Pakistanın İranla bağlı diplomatiyada vasitəçi rolunu sual altına alıb

ABŞ senatoru Lindsi Qraham Pakistanın müdafiə nazirinin İsraillə bağlı hər hansı razılaşmanı rədd edən açıqlamalarına cavab verərək bildirib ki, Pakistanın İranla bağlı diplomatik proseslərdə vasitəçi rolu “problemlidir” və onun İsrailə, eləcə də İbrahim Sazişinə münasibəti narahatlıq doğurur.

Gunaz.tv

Qrem X platformasında yazıb:

“Mənə artıq uzun müddətdir aydındır ki, Pakistanın vasitəçi kimi rolu ciddi şəkildə problemlidir. Onların İsrailə qarşı düşmən münasibəti uzun tarixə malikdir. İran hərbi təyyarələrinin Pakistan hərbi bazalarında yerləşdirildiyi danılmazdır və Pakistanın yüksək səviyyəli rəsmilərinin İsrail əleyhinə əvvəlki ritorikası narahatedicidir.”

O əlavə edib:

“Müdafiə nazirinin İbrahim Sazişi ilə bağlı ‘Pakistanın İsrailə etibar etmədiyi üçün bu sazişə heç vaxt qoşulmayacağı’ barədə şərhinə gəlincə, video bir il əvvələ aid ola bilər, amma düşünürəm ki, həmin düşüncə hələ də aktualdır. Bu baxımdan Pakistanın Prezident Trampın İbrahim Sazişinə qoşulmaq çağırışına indi cavab verməsi vacibdir.”

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar