SON XƏBƏRLƏR

İsrail: Qəzzədən könüllü köç planını həyata keçirəcəyik

2026.05.27, 22:29
İsrail: Qəzzədən könüllü köç planını həyata keçirəcəyik

Gunaz.tv

İsrailin müdafiə naziri Yisrael Kats “Həmas”ın Qəzza zolağındakı hərbi qanadının dördüncü komandiri Məhəmməd Ovdənin öldürüldüyünü rəsmi şəkildə təsdiqləyib.

Kats çərşənbə günü “X” sosial şəbəkəsində paylaşdığı mesajda yazıb: “7 oktyabr hücumuna rəhbərlik edənlərin hamısını aradan qaldırmağa söz vermişik və bunu edəcəyik”.

O əlavə edib: “Onların hamısı harada olsalar da ölümə məhkumdurlar”.

Kats həmçinin bildirib ki, “Qəzzədən könüllü köç planı uyğun vaxtda və uyğun şəkildə həyata keçiriləcək”.

İsrailin müdafiə naziri vurğulayıb ki, İsrail “Həmas”ın nə hərbi, nə də mülki şəkildə Qəzzəyə nəzarət etməsinə imkan verməyəcək və “məhz belə də olacaq”.

İsrailin Qəzzaya hücumları davam edir. Bu, 2025-ci ilin oktyabr ayından etibarən atəşkəs razılaşmasının qüvvədə olmasına baxmayaraq baş verir. İsrail eyni zamanda “Həmas” rəhbərlərini və təşkilatın hərbi infrastrukturunu hədəf almağı davam etdirir.

Bununla yanaşı, bir neçə ay əvvəl yaradıldığı elan olunan “Sülh Şurası”nın fəaliyyətinin də çıxılmaz vəziyyətlə üzləşdiyi bildirilir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar