SON XƏBƏRLƏR

Pakistanın xarici işlər naziri Vaşinqtona yollandı

2026.05.28, 20:15
Pakistanın xarici işlər naziri Vaşinqtona yollandı

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, Pakistan Xarici İşlər Nazirliyi ölkənin xarici işlər naziri İshaq Darın cümə günü ABŞ dövlət katibi Marko Rubio ilə görüşmək üçün Vaşinqtona səfər edəcəyini açıqlayıb.

Bu səfər İslamabadın ABŞ və İsrailin İrana qarşı müharibəsinin daimi şəkildə sona çatdırılması üçün Tehran və Vaşinqton arasında sülh razılaşmasını irəli aparmağa çalışdığı bir vaxtda həyata keçirilir.

Pakistan ABŞ və İran arasında atəşkəsin əldə olunmasından sonra danışıqların əsas vasitəçilərindən birinə çevrilib. Bundan əvvəl də iki ölkənin yüksək səviyyəli nümayəndələri arasında Pakistanın paytaxtında bir raund birbaşa görüş keçirilmişdi.

Pakistan Xarici İşlər Nazirliyi bildirib ki, İshaq Dar və Marko Rubio görüş zamanı “ikitərəfli münasibətləri nəzərdən keçirəcək və qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar”.

Diplomatik təmasların artdığı bir vaxtda Pakistanın baş naziri Şahbaz Şərif də çərşənbə günü İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.

Pakistan baş nazirinin ofisi açıqlayıb ki, Şahbaz Şərif bu danışıq zamanı İran və ABŞ arasında sülh razılaşmasının “tezliklə yekunlaşacağına” ümid etdiyini bildirib.

Pakistanın Tehran və Vaşinqton arasında vasitəçi rolunun güclənməsi danışıqların hələ də həssas mərhələdə davam etdiyi və ABŞ rəsmilərinin nüvə proqramı və sanksiyalar məsələsində fikir ayrılıqlarının qaldığını bildirdiyi bir dövrə təsadüf edir.

 

GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar