SON XƏBƏRLƏR

Meksika da İran millisinə viza verməyib

2026.05.30, 06:59
Meksika da İran millisinə viza verməyib

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, 2026 Dünya Çempionatının başlamasına cəmi 12 gün qaldığı halda, İran milli futbol komandasının üzvləri hələ də ABŞ və Meksika vizalarını ala bilməyiblər.

İran millisinin rəhbəri Mehdi Məhəmmədnəbi Qambiya ilə keçirilən yoldaşlıq oyunundan sonra bildirib: “FİFA-ya məktub göndərmişik ki, vizaların hansı tarixdə veriləcəyini öyrənək. Bizə həm Meksikanın, həm də ABŞ-ın çoxgirişli vizaları lazımdır.”

O əlavə edib ki, son danışıqlara əsasən, viza prosedurlarının “böyük ehtimalla” bu həftə ərzində tamamlanacağı gözlənilir.

Bu vəziyyət Dünya Çempionatında iştirak edəcək əksər komandaların artıq viza, yerləşmə və hazırlıq düşərgələri ilə bağlı bütün məsələləri həll etdiyi bir vaxtda yaşanır.

Eyni zamanda İran millisinin ABŞ-ın Arizona ştatında nəzərdə tutulan düşərgəsi son anda ləğv edilərək Meksikanın Tixuana şəhərinə köçürülüb.

Meksika prezidenti bundan əvvəl bildirmişdi ki, ABŞ İran millisinin öz ərazisində yerləşdirilməsinə maraq göstərməyib və buna görə də Meksika komandanın düşərgəsinə ev sahibliyi etməyə razılaşıb.

Mehdi Məhəmmədnəbi düşərgənin dəyişdirilməsi ilə bağlı deyib: “Biz FİFA-nın qərarlarına tabeyik və bu düşərgəni bizə FİFA təklif edib. Nə baş verdiyini onlar izah etməlidirlər. Hər halda, Tixuanadakı düşərgəni qəbul etdik.”


GünAz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar