SON XƏBƏRLƏR

İsrail qüvvələri Livanın cənubuna irəliləyib

2026.05.30, 23:59
İsrail qüvvələri Livanın cənubuna irəliləyib

Gunaz.tv

Gunaz.tv xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin hərbi qüvvələrinin Livanın cənubuda irəlilədiyini və Litani çayını keçdiyini açıqlayıb.

Hadisələrlə eyni vaxtda İsrail hərbi hava qüvvələri Livanın cənubunda 20-dən çox nöqtəyə zərbələr endirib. Hücumlar İsrail ordusunun bir neçə yaşayış məntəqəsinin boşaldılması ilə bağlı xəbərdarlıqlarından əvvəl və sonra həyata keçirilib və yeni köç dalğasına səbəb olub.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Sur şəhərinə endirdiyi zərbələr nəticəsində azı 11 nəfər həlak olub.

Bu arada Livan Prezidenti Jozef Aun ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığında atəşkəsə nail olmaq üçün səylərin artırılmasının vacibliyini vurğulayıb.

İsrail və Hizbullah arasında əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, qarşıdurmalar davam edir və tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

 

GünAz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar