SON XƏBƏRLƏR

NATO: Hörmüz boğazına müdaxiləyə hazırıq

2026.05.31, 14:24
NATO: Hörmüz boğazına müdaxiləyə hazırıq

Gunaz.tv

NATO hazırda Hörmüz boğazı ilə bağlı məsələlərin həllində birbaşa iştirak etmir. Bununla belə, alyansa üzv ölkələr bölgəyə yaxın ərazilərdə qüvvələr yerləşdirərək, lazımi şərait yarandığı halda müdaxilə etməyə hazır olduqlarını bildiriblər.

Bu barədə NATO Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqone açıqlama verib.

Draqone deyib: “NATO hazırda birbaşa rol oynamır, lakin alyans üzvləri bu prosesdə iştirak edirlər. Onlar qüvvələrini bölgəyə daha yaxın ərazilərə yerləşdirirlər. Hesab edirəm ki, lazımi şərait yarandıqda onlara həvalə olunan vəzifələri yerinə yetirə biləcəklər.”

O vurğulayıb ki, burada söhbət NATO-nun özündən deyil, alyans üzvləri və tərəfdaş ölkələrdən ibarət olan “könüllülər koalisiyası”ndan gedir.

Draqonenin sözlərinə görə, bu koalisiyada yer alan ölkələr mümkün müdaxilə üçün hazırlıq işlərini davam etdirirlər və zəruri şərait yarandığı təqdirdə hərəkətə keçməyə hazırdırlar.

 

GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar