SON XƏBƏRLƏR

İran qaz istehsalı gücünün üçdəbirini itirib

2026.05.31, 14:31
İran qaz istehsalı gücünün üçdəbirini itirib

Gunaz.tv

Son müharibə zamanı ölkənin qaz infrastrukturunun bir hissəsinin zədələnməsi nəticəsində İran qaz istehsalı gücünün təxminən üçdəbirini itirib.

Bu barədə İran parlamentinin Enerji Komissiyasının üzvü Qulamrza Dehqan Nasirabadi məlumat verib.

O, keçirdiyi mətbuat konfransında ölkənin müharibədən əvvəl də elektrik və qaz istehsalında çatışmazlıq problemi ilə üzləşdiyini, lakin enerji infrastrukturuna edilən son hücumların vəziyyəti daha da ağırlaşdırdığını bildirib.

Dehqan deyib: “12 günlük müharibə və Ramazan müharibəsi zamanı ölkənin enerji istehsalı sənayesinin bir hissəsi zərər gördü və Əsəluyənin bir sıra fazaları hədəfə alındı; nəticədə ölkənin qaz istehsalı gücünün təxminən üçdəbirini itirmişik.”

 

GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar