SON XƏBƏRLƏR

İsrail ordusu Livanın cənubundakı Şəqif qalasına nəzarəti ələ keçirdiyini açıqladı

2026.05.31, 15:23
İsrail ordusu Livanın cənubundakı Şəqif qalasına nəzarəti ələ keçirdiyini açıqladı

Gunaz.tv

Livanın onlarla kəndinə qarşı genişmiqyaslı hava hücumlarının davam etdiyi bir vaxtda İsrail ordusu Livanın cənubunda yerləşən Şəqif qalasına nəzarəti ələ keçirdiyini açıqlayıb. Qala Səlib yürüşləri dövründə Livanın cənubunda strateji yüksəklikdə inşa edilib.

İsrail bu addımı ötən ilin mart ayında Hizbullahla müharibənin başlamasından bəri əldə etdiyi ən mühüm hərbi uğurlardan biri kimi qiymətləndirir.

İsrail ordusunun ərəbdilli sözçüsü Avixay Adrai mayın 31-də “X” sosial şəbəkəsində İsrail əsgərlərinin qala ətrafında patrul xidməti həyata keçirdiyini göstərən görüntü paylaşıb.

İsrail bundan əvvəl 18 il ərzində bu bölgəyə nəzarət edib və 2000-ci ildə Livandan geri çəkilib.

Məlumata görə, bu irəliləyiş İsrail qüvvələrinin son 25 ildən artıq müddətdə Livan ərazisinə ən dərin nüfuzu hesab olunur.

 

GünAz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar