SON XƏBƏRLƏR

İsrail quru əməliyyatlarını genişləndirir

2026.05.31, 15:55
İsrail quru əməliyyatlarını genişləndirir

Netanyahu: Livanda quru əməliyyatları genişləndiriləcək.

Gunaz.tv

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail ordusunun Litani çayının şimalında Hizbullaha məxsus mövqelərdə yerləşdirilməsi və Livandakı quru əməliyyatlarının genişləndirilməsi barədə göstəriş verib.

Netanyahu Bofor qalasının ələ keçirilməsini İsrail siyasətində “əsaslı dəyişiklik” kimi qiymətləndirib və əlavə edib ki, bütün cəbhələrdə təşəbbüs İsrailin əlindədir.

Onun sözlərinə görə, İsrail ordusu bölgədə hərbi əməliyyatları genişləndirmək və mövqelərini daha da gücləndirmək niyyətindədir.


GünAz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar