SON XƏBƏRLƏR

İran məhkəməsi daha 18 müxalifin əmlakı müsadirə etdi

2026.06.01, 16:19
İran məhkəməsi daha 18 müxalifin əmlakı müsadirə etdi

İranın Simnan əyalətində əksəeiyyəti xaricdə yaşayan 18 nəfərin əmlakı müsadirə olunub.

Gunaz.tv

Bu barədə İran məhkəmə hakimiyyətinin "Mizan" saytı məlumat yayıb.

Onlar, "müharibə dövrü ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət"də və "düşmən dövlətlərlə əməkdaşlıq"da günahlandırılıblar.

Bu şəxslərin bütün daşınar və daşınmaz əmlakı, bank hesabları və aktivləri müəyyən edilərək müsadirə edilib və onlara hər hansı maliyyə köçürmələrinə qadağa qoyulub.

Bununlada Simnan əyalətində əmlakı müsadirə olunan müxaliflərin sayı 40-a çatıb. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar