SON XƏBƏRLƏR

İsrailli nazirdən Netanyahuya: Trampa “yox” de

2026.06.02, 07:04
İsrailli nazirdən Netanyahuya: Trampa “yox” de

Gunaz.tv

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Hizbullaha qarşı tədbirlərin sərtləşdirilməsini istəyib.

Gunaz TV-nin məlumatına görə, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir “X” sosial şəbəkəsində paylaşdığı mesajda ölkənin baş naziri Benyamin Netanyahuya müraciət edərək, ABŞ-dan gələ biləcək təzyiqlər qarşısında müstəqil mövqe tutmağa çağırıb.

Ben-Qvir Netanyahuya müraciətində yazıb: “Cənab Baş nazir, siz demişdiniz ki, güclü baş nazir mümkün olduqda ABŞ prezidentinə "bəli", lazım gəldikdə isə "yox" deyər.”

O əlavə edib: “İndi dostumuz Prezident Trampa "yox" deməyin vaxtıdır. İndi zəruri olanı etməyin vaxtıdır; Hizbullaha zərbə endirək, döyüşçülərimizin əlini açaq və şimala təhlükəsizliyi geri qaytaraq.”

Bu açıqlama Donald Trampın Netanyahu və Hizbullah rəhbərlərinin qarşıdurmanı dayandırmaq barədə razılığa gəldiklərini iddia etdiyi bir vaxtda səsləndirilib.


GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar