SON XƏBƏRLƏR

Qeşmdə partlayış səsləri; İran Küveyt və Bəhreynə hücum edib

2026.06.03, 07:51
Qeşmdə partlayış səsləri; İran Küveyt və Bəhreynə hücum edib

Gunaz.tv

Bu gün çərşənbə günü səhər saatlarında, CENTCOM-un Xark adasına doğru hərəkət edən “Lexie” tankerinə raket zərbəsi endirilməsi ilə bağlı bəyanat yayması ilə eyni vaxtda, Qeşm adası istiqamətindən bir neçə partlayış səsinin eşidildiyi barədə məlumatlar yayılıb.

Gunaz TV-nin məlumatına görə, Mehr xəbər agentliyi yerli mənbələrə və bölgə sakinlərinə istinadən Qeşm istiqamətindən bir neçə partlayış səsinin eşidildiyini bildirib. Lakin partlayışların səbəbi və mahiyyəti hələ də məlum deyil. Agentlik həmçinin yazıb ki, bölgədəki hərbi və hüquq-mühafizə orqanları da hadisənin təfərrüatları barədə məlumatlarının olmadığını bildiriblər.

Bu arada, Küveyt ordusu çərşənbə günü səhər saatlarında ölkənin hava hücumundan müdafiə sistemlərinin raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumları zərərsizləşdirməklə məşğul olduğunu açıqlayıb. Küveyt rəsmiləri hücumların mənbəyinə toxunmadan bildiriblər ki, ölkədə eşidilən partlayış səsləri hücum xarakterli mərmilərin havada məhv edilməsi əməliyyatları ilə bağlı olub.

Küveyt ordusu vətəndaşları sakitliyi qorumağa və aidiyyəti qurumların təhlükəsizlik təlimatlarına əməl etməyə çağırıb.

Digər tərəfdən, Bəhreyn Daxili İşlər Nazirliyi hava hücumu xəbərdarlığı siqnallarının işə salındığını açıqlayıb və vətəndaşlarla ölkə sakinlərini sakit qalaraq ən yaxın sığınacaqlara getməyə çağırıb.


GünAz TV
R.G

 

Xəbərdarlıqlara məhəl qoymayan tanker Xark Yolunda belə vuruldu (video)

2026.06.03, 07:27

Xəbərdarlıqlara məhəl qoymayan tanker Xark Yolunda belə vuruldu (video)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar