SON XƏBƏRLƏR

ABŞ-ın Qeşmə hücumu rəsmən təsdiqləndi

2026.06.03, 08:15
ABŞ-ın Qeşmə hücumu rəsmən təsdiqləndi

ABŞ Qeşm adasında SEPAH-a aid rabitə obyektini hədəf alıb.

Gunaz.tv

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın ərəb ölkələrinə qarşı həyata keçirdiyi raket və pilotsuz uçuş aparatı hücumlarına cavab olaraq Qeşm adasında yerləşən hərbi idarəetmə mərkəzini hədəfə aldığını açıqlayıb.

Gunaz TV-nin məlumatına görə, CENTCOM yaydığı bəyanatda ABŞ qüvvələrinin İran tərəfindən buraxılmış bir neçə ballistik raket və pilotsuz uçuş aparatını zərərsizləşdirdiyini bildirib. Bəyanatda qeyd olunur ki, bundan sonra müdafiə xarakterli əməliyyat çərçivəsində Qeşm adasında yerləşən hərbi nəzarət məntəqəsinə zərbə endirilib.

Bəyanata əsasən, Küveyt və Bəhreyn istiqamətində buraxılan raketlərin bir qismi hədəfə çatmamış texniki nasazlıq səbəbindən sıradan çıxıb, digər hissəsi isə hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

CENTCOM həmçinin qeyri-hərbi gəmilər istiqamətində hərəkət edən üç İran kamikadze pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.

ABŞ hərbi qurumu bildirib ki, baş verən hadisələr zamanı Amerika qüvvələri arasında itki və ya xəsarət qeydə alınmayıb və ABŞ qüvvələri yüksək hazırlıq vəziyyətində qalmağa davam edir.

 

GünAz TV
R.G

 

Qəşmdə partlayış səsləri; İran Küveyt və Bəhreynə hücum edib

2026.06.03, 07:51

Qeşmdə partlayış səsləri; İran Küveyt və Bəhreynə hücum edib

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar