SON XƏBƏRLƏR

Senator Qraham: İran razılaşmanı rədd edərsə, ABŞ İsrailə “tam sərbəstlik verməlidir”

2026.06.11, 08:30
Senator Qraham: İran razılaşmanı rədd edərsə, ABŞ İsrailə “tam sərbəstlik verməlidir”

Respublikaçı senator Lindsi Qraham bildirib ki, əgər İran dərhal razılaşma imzalamasa, ABŞ İsrailə “tam sərbəstlik verməli” və özü də hərbi güc tətbiq etməyə hazır olmalıdır.

Gunaz.tv

“Biz İsrailin əl-qolunu açmalıyıq və əgər onlar indi razılaşma imzalamasalar, özümüz də hərbi gücdən istifadə etməliyik. Əgər Hitlerə insanların əziyyət çəkdiyini desəydiniz, bu onun vecinə olmazdı”, – Qraham Fox telekanalına müsahibəsində deyib.

O əlavə edib:

“Hakimiyyətdə olan bu insanlar İran xalqının əzablarından daha çox öz ideologiyalarına və gündəmlərinə bağlıdırlar. Onlarla işləmək çox çətindir. Bu, razılaşmanın mümkün olmadığı anlamına gəlmir, lakin aydındır ki, indiyədək etdiklərimiz hələ də razılaşma ilə nəticələnməyib.”

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar