SON XƏBƏRLƏR

Əyyub Şiri girov qarşılığında Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq azad edilib

2026.06.11, 11:48
Əyyub Şiri girov qarşılığında Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq azad edilib

Əyyub Şiri iki aylıq həbsdən sonra 10 iyun tarixində, girov qarşılığında Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq azad edilib.

Gunaz.tv

Şiri bu ilin martın 31-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmış və istintaq mərhələlərindən sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdü.

Yayılan məlumatlara görə, o, həbs müddətində Təbriz Mərkəzi Həbsxanasında saxlanılıb və onun ailəsi və yaxınları son həftələr ərzində işin ədalətli və şəffaf şəkildə araşdırılmasını tələb ediblər.

Əyyub Şiri müvəqqəti olaraq azad edilsə də, onun cinayət işi açıq qalır və yekun qərar məhkəmə prosesinin davamı və müvafiq orqanların qərarından asılı olacaq.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar