SON XƏBƏRLƏR

İran və BƏƏ-nin yüksək səviyyəli rəsmiləri görüşdü

2026.06.11, 18:50
İran və BƏƏ-nin yüksək səviyyəli rəsmiləri görüşdü

BƏƏ və İran aylar sonra birbaşa təmasları bərpa edib.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Bloomberg agentliyi məlumatlı mənbələrə istinadən bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri ilə İranın yüksək səviyyəli təhlükəsizlik rəsmiləri ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlanmasından sonra ilk dəfə üzbəüz görüş keçiriblər.

Məlumata görə, görüşün əsas məqsədi iki ölkə arasında gərginliyi azaltmaq və münasibətləri sabitləşdirmək olub. BƏƏ iqtisadi layihələrini və böyük investisiya proqramlarını təhlükəsiz şəkildə davam etdirməyə çalışır. İran üçün də BƏƏ ilə ticarət əlaqələri mühüm əhəmiyyət daşıyır.

Bloomberg yazır ki, Əbu-Dabi son aylarda Qətər və Səudiyyə Ərəbistanının izlədiyi xəttə yaxınlaşaraq qarşıdurma əvəzinə diplomatik yollarla problemlərin həllinə üstünlük verir.

Hesabatda həmçinin vurğulanır ki, Körfəzdə ərəb ölkələri mövcud fikir ayrılıqlarına baxmayaraq, İranla münasibətlərin qorunmasının və bölgədə birgə yaşamağın vacibliyini anlayırlar.


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar