SON XƏBƏRLƏR

Hörmüz boğazı açılmayacaq - Keyhan

2026.06.13, 11:06
Hörmüz boğazı açılmayacaq - Keyhan

Hörmüz boğazını güclə bağladıq, diplomatiya ilə açmayacağıq!

Gunaz.tv

Bunu İran rəhbərinin ofisinə bağlı Keyhan qəzeti yazıb.

"Hörmüz boğazı millətin övladlarının qəhrəmanlığı ilə bağlanmış hakimiyyətimizin strateji kilididir və heç vaxt Amerika razılaşmasının yalan və saxta diplomatiya açarı ilə açılmayacaq",- qəzet əlavə edib.

Media orqanı başqa sərt xətt tərəfdarlarının iddialarını təkrar edərək, ABŞ ordusunun bölgədən çıxarılmasının şərt olduğunu qeyd edib:

"Sonuncu Amerika əsgəri bölgədən tamamilə qovulana və düşmən rəhbərliyin qırmızı xətlərinə tamamilə təslim olana qədər hakimiyyətimizi qoruyub saxlayacağıq".

Keyhan həmçinin boğazın açılmasından sonra ABŞ-ın hücumlara başlayacağını iddia edib:

"Hörmüz boğazı açılan kimi düşmən hücumlara və terrora yenidən başlayacaq".

Qeyd edək ki, "Keyhan"ın baş redaktoru radikal mövqeyi ilə tanınan Hüseyn Şəriətmədari birbaşa Əli Xameneinin göstərişi ilə bu vəzifəyə təyin olunub. 

Burada gedən yazılar İran rəhbərinin başçılıq etdiyi mühafizəkar qanadın - SEPAH və ETTELAAT-ın mövqeyini əks etdirir. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar