SON XƏBƏRLƏR

ABŞ İran millisinin dünya çempionatı səfər qaydalarını dəyişdi

2026.06.23, 22:50
ABŞ İran millisinin dünya çempionatı səfər qaydalarını dəyişdi

İran millisi ABŞ-a daha tez daxil olacaq.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi İran milli futbol komandasının dünya çempionatında üçüncü oyunundan əvvəl ölkəyə giriş qaydalarında dəyişiklik edib.

Yeni qərara əsasən, İran millisi oyundan iki gün əvvəl ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərinə daxil ola biləcək. Əvvəllər isə komanda yalnız oyundan 24 saat əvvəl ölkəyə giriş icazəsi alırdı.

Bununla yanaşı, ABŞ tərəfinin açıqlamasına görə, İran komandası oyun bitdikdən sonra yenidən Meksikanın Tixuana şəhərindəki düşərgəsinə qayıtmalı olacaq.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin sözçüsü bildirib ki, bu dəyişiklik turnirdə iştirak edən digər komandalarla daha yaxşı koordinasiya məqsədi daşıyır və təhlükəsizlik məsələləri də nəzərə alınıb.

Eyni zamanda, İran Futbol Federasiyası ABŞ-ın milli komandaya yanaşmasına görə FIFA-ya rəsmi şikayət edəcəyini açıqlayıb.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar