SON XƏBƏRLƏR

İranlı millət vəkilləri oturaq aksiyaya hazırlaşır- Səbəb

2026.06.24, 12:56
İranlı millət vəkilləri oturaq aksiyaya hazırlaşır- Səbəb

Məhəmməd Baqir Qalibaf 4 aydır ki, parlamenti qanunsuz olaraq tətil edib və əyani iclasların keçirilməsinə icazə vermir.

Gunaz.tv

Bunu İran parlamentinin üzvü Kamran Qəzənfəri deyib.

O, Ali Milli Təhlükəsizlik Şurasının parlamentin bağlanması ilə bağlı qətnaməsinin mövcudluğunu yalan adlandırıb və bildirib ki, parlamentin bağlanması millət vəkillərinin ABŞ ilə danışıqlar prosesinə qarşı çıxmasının və atəşkəsi qəbul etməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilib.

“Parlament üzvləri bir-iki ay əvvəldən Qalibafdan belə bir qətnamənin olub-olmadığını göstərməsini tələb ediblər, ancaq o, heç nə göstərməyib. Buna görə də bu iddia tamamilə yalandır”,- Qəzənfəri əlavə edib.

O, bir qrup millət vəkilinin parlamentin qarşısında oturaq aksiya keçirməyə hazırlaşdıqlarını və bunun parlamentin əyani iclasının keçirilməsinə icazə verilənə qədər davam etdirmək niyyətində olduqlarını bildirib.

Qeyd edək ki, fevralın 28-də Amerika və İsrailin İrana hücumlarından bu yana İran parlamentinin fəaliyyəti dayandırılıb və əyani iclas keçirilməyib.

Parlament rəhbərliyi bunun "millət vəkillərinin təhlükəsizliyinin qorunması" ilə bağlı olduğunu iddia edir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar