SON XƏBƏRLƏR

Rusiya İran və ABŞ arasında imzalanan anlaşmaya reaksiya verdi

2026.06.24, 22:30
Rusiya İran və ABŞ arasında imzalanan anlaşmaya reaksiya verdi

Kreml bu razılaşmanı müsbət qiymətləndirdi

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov İran və ABŞ arasında imzalanan memorandumla bağlı açıqlama verib və sənədi mühüm və dəyərli addım kimi qiymətləndirib.

Peskov çərşənbə günü bildirib ki, bu razılaşma gərginliyin azalmasına və Hörmüz boğazının yenidən açılmasına töhfə verə bilər, həmçinin regionda hərbi qarşıdurma riskini azalda bilər.

O vurğulayıb ki, hələlik Tehran və Vaşinqton arasında yekun razılaşma əldə olunmayıb, lakin mövcud proses müsbət istiqamətdədir.

Kremlin sözçüsü həmçinin vasitəçi ölkələrin rolunu yüksək qiymətləndirib və bu prosesin gələcəkdə hərbi əməliyyat ehtimalını azalda biləcəyini bildirib.

Peskov bu inkişafı region və dünya üçün “müsbət” adlandırıb və Hörmüz boğazının açılmasının qlobal iqtisadiyyata müsbət təsir göstərə biləcəyini qeyd edib.


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar