SON XƏBƏRLƏR

İranın 300 milyard dollarlıq yenidənqurma fondu bəlkə də heç vaxt reallaşmayacaq

2026.07.05, 19:51
İranın 300 milyard dollarlıq yenidənqurma fondu bəlkə də heç vaxt reallaşmayacaq

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Reuters agentliyi Tehran və Vaşinqton arasında əldə olunduğu bildirilən son razılaşmanın əsas elementlərindən biri kimi təqdim edilən 300 milyard dollarlıq İranın yenidənqurma fondunun heç vaxt həyata keçirilməyə biləcəyini yazıb.

Məlumata görə, energetika, nəqliyyat, sənaye və logistika sahələrinə sərmayə qoyuluşu üçün bəzi özəl şirkətlər tərəfindən 150 milyard dollardan çox ilkin öhdəlik irəli sürülsə də, bu investorların kimliyi hələ də açıqlanmayıb və vəd edilən investisiyaların gerçəkləşəcəyi ciddi suallar doğurur.

Reuters xatırladıb ki, 2015-ci ildə nüvə sazişindən (JCPOA) sonra da beynəlxalq şirkətlərlə on milyardlarla dollarlıq müqavilələr imzalansa da, vəd olunan investisiyaların böyük hissəsi heç vaxt həyata keçirilməyib.

Hesabatda ABŞ sanksiyalarının davam etməsi, SEPAH-ın ABŞ tərəfindən terror təşkilatı siyahısında saxlanılması, uzunmüddətli sanksiya istisnalarının əldə edilməsinin çətinliyi və bölgənin varlı ölkələrinin layihəni maliyyələşdirməkdə tərəddüd etməsi İranın yenidənqurma fondunun həyata keçirilməsi qarşısındakı əsas maneələr kimi göstərilib.

 


Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar