SON XƏBƏRLƏR

Mərəndli gənc "İsrailə casusluq"da ittiham olunub

2026.07.11, 13:23
Mərəndli gənc "İsrailə casusluq"da ittiham olunub

Şərqi Azərbaycan əyalətinin Mərənd şəhərindən olan 24 yaşlı Mir Əkbər Hüseyni "İsrailə casusluq"da günahlandırılıb.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları onun ailəsinə istinadən məlumat yayıblar.

Bildirilib ki, Mərənd Dövlət və İnqilab Prokurorluğunun 3-cü şöbəsinin müstəntiqi azərbaycanlı gənci "müharibə dövründə casusluq"da günahlandırsa da, Hüseyninin ailəsinin bunun saxta ittiham olduğunu bildirirlər.

Qeyd edək ki, hazırda Mərənd şəhərinin həbsxanasında saxlanılan Mir Əkbər Hüseyni aprelin 10-da həbs edilib.

O, bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə və etiraz aksiyalarına, milli tədbirlərə qoşulduğuna görə 6 ay həbs edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar