SON XƏBƏRLƏR

Tramp: İran razılaşmanı özü məhv etdi

2026.07.12, 19:41
Tramp: İran razılaşmanı özü məhv etdi

ABŞ: İrana ağır zərbə endirdik, İran artıq Hörmüz boğazına nəzarət etmir.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ Hörmüz boğazında SEPAH-ın ticarət gəmisinə hücumuna cavab olaraq İrana ağır zərbə endirib.

Tramp CNN telekanalına müsahibəsində deyib: “Dünən gecə onlara çox ağır zərbə endirdik.”

O həmçinin açıqlayıb ki, ABŞ və İran şənbə günü “razılaşmaya çox yaxın idi”, lakin onun sözlərinə görə, SEPAH-ın ticarət gəmisinə PUA ilə hücumu danışıqların dayanmasına səbəb olub.

Tramp bildirib: “Onlar hər şeylə razılaşırdılar. Amma cəmi iki saat sonra pilotsuz uçuş aparatı ilə bir gəmiyə hücum etdilər. Bunlarda nəsə qaydasında deyil.”

Bu arada, Hörmüz boğazının vəziyyəti ilə bağlı ziddiyyətli açıqlamalar verilib. İran rəsmiləri hazırda gəmilərin keçidinin mümkün olmadığını iddia etsələr də, Tramp vurğulayıb: “Bizim üçün boğaz açıqdır.”

Bundan bir qədər əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da bəyan edib ki, Hörmüz boğazı açıqdır və İran bu strateji su yoluna nəzarət etmir.

 


Gunaz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar