SON XƏBƏRLƏR

SEPAH ticarət gəmilərinə hücum etdi

2026.07.13, 08:05
SEPAH ticarət gəmilərinə hücum etdi

Gunaz.tv

CENTCOM: İranın raket və pilotsuz uçuş aparatları zərərsizləşdirildi, 20 ticarət gəmisi ABŞ ilə koordinasiya şəraitində Hörmüz boğazından keçdi.

Gunaz TV-nin məlumatına görə, Axios xəbər saytı CENTCOM komandanı Tim Hokinsə istinadən bildirib ki, SEPAH qüvvələri Hörmüz boğazından keçən ticarət gəmilərinə atəş açıblar.

Axios-un jurnalisti Barak Ravid sosial şəbəkədə CENTCOM komandanına istinadən yazıb: “Ötən gecə İran İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri Hörmüz boğazından keçən ticarət gəmilərinə atəş açıblar.”

Axios həmin ABŞ rəsmisinə istinadən daha sonra bildirib: “ABŞ təyyarələri indiyədək bir qanadlı raketi və bir kamikadze pilotsuz uçuş aparatını uğurla məhv edib.”

Sayt həmçinin bir ABŞ rəsmisinə istinadən xəbər verib ki, son 24 saat ərzində təxminən 20 ticarət gəmisi ABŞ ordusu ilə koordinasiya şəraitində Hörmüz boğazından keçib. Daha bir neçə gəmi isə ABŞ ilə koordinasiya olmadan bu su yolundan keçib.

 


Gunaz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar