SON XƏBƏRLƏR

İordaniya İrandan atılan altı raketdən dördünü vurduğunu açıqlayıb

2026.07.22, 13:00
İordaniya İrandan atılan altı raketdən dördünü vurduğunu açıqlayıb

İordaniya ordusu bildirib ki, hava hücumundan müdafiə qüvvələri İran ərazisindən buraxılan altı raketdən dördünü havada məhv edib.

Gunaz.tv

Qalan iki raket isə insan yaşamayan ucqar ərazilərə düşüb və nəticədə nə insan tələfatı, nə də maddi ziyan qeydə alınıb.

Hərbi mənbənin sözlərinə görə, hava hücumundan müdafiə sistemləri raketlər İordaniyanın hava məkanına daxil olduqdan sonra onları aşkarlayıb və dərhal qarşı tədbir görüb.

Məlumata əsasən, Kral Mühəndis Korpusu raketlərin və onların qalıqlarının düşdüyü ərazilərə göndərilib. Qruplar həmin ərazilərin təhlükəsizliyini təmin etmək və qalıqları müəyyən edilmiş texniki və təhlükəsizlik prosedurlarına uyğun şəkildə zərərsizləşdirmək üçün tədbirlər görüb.

İordaniya ordusu həmçinin bəyan edib ki, ölkənin hava məkanı fasiləsiz əməliyyat nəzarəti altındadır və silahlı qüvvələr krallığın suverenliyini və vətəndaşlarının təhlükəsizliyini qorumaq məqsədilə döyüş qaydalarına uyğun olaraq ölkəyə yönələn istənilən hava təhdidinə cavab verəcək.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar