SON XƏBƏRLƏR

Britaniya diplomatlarını İrandan çıxardı

2026.07.22, 22:07
Britaniya diplomatlarını İrandan çıxardı

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən bu ölkənin İrandakı diplomatik əməkdaşlarının müvəqqəti olaraq ölkədən çıxarıldığını açıqlayıb.

Nazirlik çərşənbə günü axşam yaydığı bəyanatda bildirib ki, britaniyalı diplomatların təxliyəsi təhlükəsizlik səbəbilə həyata keçirilib. Bununla yanaşı, Britaniyanın Tehrandakı səfirliyi fəaliyyətini məsafədən (uzaqdan) davam etdirəcək.

Britaniya rəsmiləri diplomatların İrana nə vaxt qayıdacağı və ya bu qərarın təfərrüatları barədə əlavə məlumat verməyiblər.


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar