SON XƏBƏRLƏR

Livan Prezidenti Atatürkün məqbərəsini ziyarət etdi

2026.07.30, 21:34
Livan Prezidenti Atatürkün məqbərəsini ziyarət etdi

Jozef Aun Ankaraya rəsmi səfərinə Atatürkə ehtiram göstərməklə başlayıb.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Livan Prezidenti Jozef Aun iyulun 30-da Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Ankaradakı məqbərəsini ziyarət edib və abidə önünə əklil qoyaraq ehtiramını bildirib.

Livan Prezidenti Atatürkün məqbərəsini ziyarət etdikdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Tərəflərin görüşdə ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcəyi gözlənilir.

Jozef Aun bundan əvvəl Türkiyəni Yaxın Şərqdə “mərkəzi rol” oynayan ölkə kimi qiymətləndirərək, Ankaranın NATO üzvlüyü və regional əlaqələri sayəsində İsrailin Livanın cənubundan mərhələli şəkildə çıxması planına beynəlxalq dəstəyin təmin edilməsində rol oynaya biləcəyinə ümid etdiyini bildirmişdi.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar