SON XƏBƏRLƏR

İordaniya: İranın proksi qruplarını hədəf alacağıq

2026.08.01, 20:34
İordaniya: İranın proksi qruplarını hədəf alacağıq

İordaniya İraqa xəbərdarlıq edib: İranın proksi qrupları ölkə ərazisinə hücum edərsə, onlar birbaşa hədəfə alınacaq.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İordaniyanın rəsmi mənbəsi bildirib ki, ölkənin paytaxtı Əmman İranın proksi qruplarının İordaniya ərazisinə hücum edəcəyi təqdirdə, həmin qrupların birbaşa hədəf alınacağı barədə İraq hökumətini məlumatlandırıb.

Mənbə şənbə günü, 1 avqust tarixində Əl-Ərəbiyyə telekanalına deyib: “İordaniya bu ölkənin ərazisini hədəf almaq planları ilə bağlı proksi qruplar haqqında məlumatları İraqa təqdim edib.”

O əlavə edib ki, İordaniya İraq hökumətindən bu qrupların fəaliyyətinin dayandırılması və onların hərəkətlərinin qarşısının alınması üçün zəruri addımlar atacağını gözləyir.

Bu xəbər ABŞ-ın İordaniyadakı səfirliyinin şənbə günü Yaxın Şərqdə yaşayan Amerika vətəndaşlarına müraciətlə mümkün uçuş ləğvlərinə və hava məkanının bağlanmasına hazır olmaları barədə xəbərdarlıq etməsindən sonra yayılıb.

Bundan əvvəl Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi bazar ertəsi, 28 iyul tarixində “İrana bağlı proksi qrupların” İraq ərazisindən bu ölkəyə hücum etdiyini açıqlamışdı. Həmin hücumlardan sonra Səudiyyə Ərəbistanı Ordusu və ABŞ Mərkəzi Komandanlığı — CENTCOM İraqda “Həşd əş-Şəəbi” qruplaşmasının mövqelərinə zərbələr endirmişdi.

 

GunAz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar