SON XƏBƏRLƏR

Bu, Azərbaycanı İsrail və Türkiyəyə yaxınlaşdırır- Həmzə Səfəvi

2026.08.05, 13:39
Bu, Azərbaycanı İsrail və Türkiyəyə yaxınlaşdırır- Həmzə Səfəvi

Azərbaycan Respublikası ilə İsrail arasındakı münasibətlər “anti-İran ideologiyasının” nəticəsi olmaqdan daha çox, Bakının milli təhlükəsizlik və hərbi-texniki ehtiyaclarını ödəmək cəhdidir.

Gunaz.tv

Bunu İran rəhbərinin ali müşaviri və keçmiş Sepah komandiri Yəhya Rəhim Səfəvinin oğlu, Tehran universitəsinin müəllimi Həmzə Rəhim Səfəvi deyib.

“İran nə qədər çox Bakını təcrid etməyə və ya hərbi güclə təhdid etməyə çalışsa, Azərbaycan bir o qədər çox İsrail-Türkiyə oxuna doğru itələnəcək. Türkiyənin Cənubi Qafqazda, xüsusən də 44 günlük müharibədən sonra Azərbaycan Respublikasında aktiv rolu İranın nöqteyi-nəzərindən strateji rəqabət meydanı kimi qəbul edilə bilər. İran bu rəqabəti hərbi ritorika ilə deyil, Ankara və Bakı ilə birgə üçtərəfli iqtisadi və enerji layihələri yaratmaqla neytrallaşdırmalıdır”,- o əlavə edib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar