SON XƏBƏRLƏR

ABŞ: İranla razılaşma “bu gün və ya sabah” əldə oluna bilər

2026.08.07, 19:33
ABŞ: İranla razılaşma “bu gün və ya sabah” əldə oluna bilər

Gunaz.tv

ABŞ-ın maliyyə naziri Skott Bessent cümə günü bildirib ki, İranla atəşkəsin əldə olunması və Hörmüz boğazının açılması barədə razılaşma “bu gün və ya sabah” əldə oluna bilər.

Bessent “12 News” kanalına müsahibəsində İranın iqtisadi vəziyyətinə toxunaraq deyib: “Düşünürəm ki, tezliklə, bəlkə də elə bu gün və ya sabah, 30-60 günlük atəşkəsin əldə olunmasına dair razılaşmanın şahidi olacağıq və Hörmüz [boğazı] açılacaq. Enerji qiymətləri də aşağı düşməlidir.”

O, ABŞ-ın İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyini vurğulayaraq, ABŞ-ın hərbi əməliyyatları və Tehrana qarşı tətbiq olunan sərt sanksiyaların İranın iqtisadi vəziyyətini daha da ağırlaşdırdığını bildirib. Bessent deyib: “Onlar ərzaq məhsullarında 150-180 faiz inflyasiya ilə üzləşirlər və artıq hərbi qüvvələrinin maaşlarını ödəmək imkanları yoxdur.”

ABŞ maliyyə naziri İranın hərbi infrastrukturunun vəziyyəti barədə də deyib: “Hərbi hava qüvvələri məhv edildi, hərbi dəniz qüvvələri məhv edildi və raketlərin böyük hissəsi, daha vacibi isə onların raket istehsal etmək imkanları aradan qaldırıldı.”

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar