SON XƏBƏRLƏR

Venesuela illər sonra İsrailə dostluq əlini uzatdı

2026.08.12, 07:03
Venesuela illər sonra İsrailə dostluq əlini uzatdı

Gunaz.tv

17 illik əlaqə kəsintisindən sonra: Karakasın qərarı ölkənin siyasətində dönüş yaradır.

Venesuela hökuməti çərşənbə axşamı İsraillə iki ölkə vətəndaşlarına konsulluq xidmətlərinin göstərilməsini əlaqələndirmək və asanlaşdırmaq üçün mexanizm yaradılması barədə razılığa gəldiyini açıqlayıb.

Bu razılaşma Venesuelanın xarici siyasətində mühüm dönüş kimi qiymətləndirilir. Karakas 2009-cu ildən İsraillə diplomatik əlaqələri kəsmişdi.

İki ölkə həmçinin iyunun 24-də Venesuelada baş verən iki zəlzələdən sonra xilasetmə, fövqəladə vəziyyətlərlə mübarizə və bərpa işləri sahəsində ikitərəfli texniki əməkdaşlığı davam etdirmək barədə razılığa gəlib.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar