SON XƏBƏRLƏR

Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək

2026.08.14, 13:27
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək

«Koroğlu» tamaşası bu gündən Təbrizin 29 Bəhmən Mədəniyyət və İncəsənət Kompleksinin açıq amfiteatrında nümayiş etdiriləcək.

Gunaz.tv

Epik «Koroğlu» tamaşası Azərbaycan mədəniyyətində köklü və qədim rəvayətlərdən ilhamlanaraq hazırlanıb. Tamaşa bu gündən etibarən Təbrizdəki 29 Bəhmən Mədəniyyət və İncəsənət Kompleksinin arxasındakı açıq məkanda (Rəhbərlik üçyolunda) səhnəyə qoyulacaq.

Nəhəng «Koroğlu» meqalayihəsi bir qrup türk sənətçinin səyi ilə hazırlanıb və Azərbaycan türklərinin mədəniyyətinin, tarixinin və folklor ədəbiyyatının diqqətlə əks etdirilməsinə xüsusi önəm verilib. Tamaşa ötən il də Təbrizdə nümayiş etdirilib və xalq tərəfindən görünməmiş maraqla qarşılanıb. Tamaşanın tamaşaçı sayı 42 mini ötüb.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar