SON XƏBƏRLƏR

Əraqçi: İran və ABŞ arasında heç bir atəşkəs razılaşması olmayıb

2026.08.15, 09:48
Əraqçi: İran və ABŞ arasında heç bir atəşkəs razılaşması olmayıb

“ABŞ və İran arasında 60 günlük müddət yekun razılaşma üçün danışıqlar aparmaq vaxtı idi”.

Gunaz.tv

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi İran və ABŞ arasında 60 günlük atəşkəs müddətinin başa çatması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Əraqçi bildirib ki, İran və ABŞ arasında atəşkəs adlandırıla biləcək bir razılaşma olmayıb.

“Bizdə atəşkəs deyilən bir şey olmayıb. İslamabad anlaşma memorandumunda qeyd olunan məsələ müharibənin başa çatması idi”, – o bildirib.

Əraqçi əlavə edib ki, ABŞ bu anlaşma memorandumunu pozaraq qarşıdurmanı yenidən başladıb, lakin sözügedən 60 günlük müddət də atəşkəslə bağlı olmayıb.

Əraqçi ABŞ-la yeni danışıqların başladılması ilə bağlı ehtimalları da təkzib edib.

Qeyd edək ki, Amerikanın İrana zərbə endirməsinin səbəbi İranın Hörmüz Boğazından keçən mülki gəmilərə hücum etməsi olub.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar