SON XƏBƏRLƏR

ADNOC tankerinə hücum | BƏƏ: İran məsuldur

2026.08.15, 16:37
ADNOC tankerinə hücum | BƏƏ: İran məsuldur

Birləşmiş Ərəb Əmirlikləri Hörmüz boğazında bir neft tankerinə hücumda İranı ittiham edib.

Gunaz.tv

BƏƏ Xarici İşlər Nazirliyi şənbə günü hücumu “düşmənçilik aktı” kimi qiymətləndirib və buna görə İranı məsuliyyət daşımaqda ittiham edib. Hücuma məruz qalan gəmi Əbu-Dabinin Milli Neft Şirkəti ADNOC-a məxsus olub.

Əbu-Dabi bildirib ki, ticarət gəmilərinin hədəfə alınması və Hörmüz boğazından iqtisadi təzyiq və ya şantaj vasitəsi kimi istifadə edilməsi “SEPAH tərəfindən həyata keçirilən piratlıq hərəkətləri” hesab olunur.

BƏƏ prezidentinin müşaviri Ənvər Qarqaş ölkəsinin Hörmüz boğazında gəmiçilik azadlığını müdafiə edəcəyini bildirib. O vurğulayıb ki, ADNOC tankerlərinə qarşı hücumlar BƏƏ-ni çəkindirmə, diplomatiya və beynəlxalq hüquqa sadiqlik siyasətindən geri çəkilməyə məcbur etməyəcək.

Qarqaş həmçinin regionun və Körfəz ölkələrinin maraqlarının qorunması üçün Körfəz ölkələri arasında vahid mövqenin formalaşdırılmasının vacibliyini vurğulayıb.

 

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar