SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı neft ixracını Hörmüz boğazından yenidən həyata keçirir

2026.08.18, 22:44
Səudiyyə Ərəbistanı neft ixracını Hörmüz boğazından yenidən həyata keçirir

“Saudi Aramco” bir neçə həftəlik fasilədən sonra Hörmüz boğazından neft yüklənməsini bərpa edib.

Gunaz.tv

Səudiyyənin “Aramco” neft şirkəti ötən həftə Hörmüz boğazından neft yüklənməsini bərpa edib və daha bir neçə neft tankeri yüklənmək üçün gözləyir. Şirkət həmçinin ağır xam neft partiyalarını spot bazarda satışa çıxarıb. Bu məlumatlar “Reuters”in mənbələrinə istinadən yaydığı xəbərə əsaslanır.

“Aramco” bazar ertəsi, avqustun 17-də bir neçə Asiya neft emalı şirkətinə “Arab Medium” və “Arab Heavy” markalı xam neft partiyaları təklif edib. Bu yüklərin cari ay ərzində Birləşmiş Ərəb Əmirliklərinin Fuceyrə sahilləri yaxınlığında bir tankerdən digərinə neft köçürülməsi yolu ilə yüklənməsi planlaşdırılır.

“Aramco”nun neft satışını bir neçə həftə dayandırması şirkətin neft tankerlərinin Hörmüz boğazında hücumlara məruz qalmasından sonra baş vermişdi. Bu hücumlar ötən ay ABŞ və İran arasında qarşıdurmanın kəskinləşməsi ilə eyni vaxta təsadüf edib.

 

GünAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar