SON XƏBƏRLƏR

Hörmüz boğazında Çinlə əlaqəli üç tanker geri dönüb — Bloomberg

2026.08.19, 18:12
Hörmüz boğazında Çinlə əlaqəli üç tanker geri dönüb — Bloomberg

Çinlə əlaqəli üç supertanker Hörmüz boğazında hərəkət istiqamətini dəyişərək geri dönüb. Gəmiçilik üçün risklərin yüksək olaraq qalması və normal dəniz nəqliyyatının bərpa olunacağına dair ümidlərin azalması fonunda bu addım atılıb.

Gunaz.tv

Bu barədə Bloomberg məlumat yayıb.

Bloomberg gəmi izləmə məlumatlarına və gəmiçilik üzrə müqavilələrə istinadən bildirib ki, İraq nefti daşıyan Sea V çərşənbə axşamı Ərəb körfəzindən boğaza doğru hərəkət edirdi. Lakin daha sonra geri dönərək su yolunun girişində dayanıb.

Bloomberg-in yazdığına görə, Erecter adlı İraqa gedən tanker də hərəkət istiqamətini dəyişərək geri dönüb. Məlumata görə, Hestia gəmi də çərşənbə günü səhər Oman sahili boyunca Ərəb körfəzinə daxil olub, lakin daha sonra istiqamətini dəyişərək körfəzdən geri çıxıb.

Üç gəminin niyə marşrutlarını dəyişdiyi hələlik məlum deyil.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar