SON XƏBƏRLƏR

47 iranlı İsrailə köçdü

2026.08.20, 12:43
47 iranlı İsrailə köçdü

Nyu-Yorkdakı iranlı yəhudi icmasından 47 nəfərlik yeni immiqrant qrupu ötən həftə xüsusi reyslə İsrailə gəlib və Təl-Əvivin ətrafındakı Ra’anana şəhərində məskunlaşıb.

Gunaz.tv

Yeni immiqrantlar daha böyük bir İran yəhudi icmasının bir hissəsidir və onların çoxu 1979-cu il İslam İnqilabından sonra İranı tərk edib.

O dövrdə bir sıra yəhudilər İsrailə köçsə də, daha çox sayda insan Nyu-Yorkda məskunlaşıb və Amerikada yəhudi icmaslarının qurulmasında rol oynayıblar.

Qrupun üzvü Ariel Dilmani onların köçünü “sürgündən qayıtmaq” adlandırıb:

“Demək olar ki, biz Babil sürgünündən qayıtmışıq. İsrailin yəhudi xalqının evi olduğunu anladığınız zaman, ora qayıtmalı olduğunuzu başa düşürsünüz”.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar