SON XƏBƏRLƏR

ABŞ-ın blokadası davam etdikcə Çində İran neftinə tələb azalır — Reuters

2026.08.21, 14:54
ABŞ-ın blokadası davam etdikcə Çində İran neftinə tələb azalır — Reuters

ABŞ-ın blokadası Tehranın neft ixracını məhdudlaşdırdıqca, Çin alıcılarına təklif olunan İran xam neftinin həcmi azalıb, qiymətlər isə kəskin artıb.

Gunaz.tv

Reuters bu barədə cümə günü dörd ticarət mənbəsinə istinadən məlumat yayıb.

Kpler-in məlumatlarına görə, blokada zonasından kənarda tankerlərdə saxlanılan İran neftinin həcmi blokadanın iyulun 13-də yenidən tətbiq edilməsindən əvvəlki təxminən 105 milyon bareldən 80 milyon barelə düşüb.

Reuters-in məlumatına görə, adətən endirimlə satılan bəzi İran xam neft partiyaları Brent markalı neftə nisbətən barel üçün təxminən 2 dollar premiumla təklif olunub.

Çin İran xam neftinin ən böyük alıcısıdır. Ötən il Çinin payına İranın dəniz yolu ilə ixrac etdiyi neftin 80%-dən çoxu düşüb. Kpler-in məlumatları göstərir ki, Çinin İran nefti idxalı avqust ayında indiyədək gündəlik 534 min barelə qədər azalıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar