SON XƏBƏRLƏR

İran Çinlə razılaşmaların daha sürətli həyata keçirilməsinə çağırıb

2026.08.26, 11:09
İran Çinlə razılaşmaların daha sürətli həyata keçirilməsinə çağırıb

İranın xarici işlər naziri Abbas Əraqçi Çinlə daha sıx əməkdaşlığa, birgə razılaşma və layihələrin daha sürətli həyata keçirilməsinə çağırıb.

Gunaz.tv

 Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Əraqçi bu açıqlamanı Tehranda İranın Çindəki səfiri Əbdürrza Rəhmani Fəzli ilə görüşü zamanı verib.

O, Tehran və Pekin arasında “strateji münasibətlər” kimi xarakterizə edilən əlaqələrin əhəmiyyətini vurğulayıb və xüsusilə iki ölkə arasında imzalanmış 25 illik hərtərəfli əməkdaşlıq sazişi çərçivəsində mövcud əməkdaşlıq imkanlarından daha geniş istifadə etməyə çağırıb.

Əraqçi həmçinin regional və beynəlxalq hadisələrlə bağlı İran və Çin arasında məsləhətləşmələrin və koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar