SON XƏBƏRLƏR

Dollar 2,1 milyon riala çatıb - İran isə ABŞ-ni günahlandırır

2026.09.01, 11:57
Dollar 2,1 milyon riala çatıb - İran isə ABŞ-ni günahlandırır

İran hökuməti dolların məzənnəsinin 2,1 milyon riala yüksəlməsində ABŞ sanksiyalarını günahlandırıb və ölkənin üzləşdiyi iqtisadi təzyiqi etiraf edib.

Gunaz.tv

Bunu hökumətin sözçüsü Fatimə Mühacirani çərşənbə axşamı bildirib.

“Dolların 2,1 milyon riala çatması ABŞ-ın təzyiqi və sanksiyalarının nəticəsidir və biz bu təzyiqi inkar etmirik”, — Mühacirani deyib.

Sözçü əlavə edib: “Ölkədə hiss olunan iqtisadi təzyiq ABŞ-ın İsrailin təzyiqi altında bizə tətbiq etdiyi sanksiyalardan qaynaqlanır”.

Mühacirani həmçinin bildirib ki, hökumət elektrik stansiyalarının yanacaqla təmin olunması və qaz şəbəkəsinin dayanıqlığının artırılması üçün planlar hazırlayıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar