SON XƏBƏRLƏR

Keyhan qəzeti: İran Ərəb körfəzində internet kabellərini kəsməlidir

2026.09.03, 11:26
Keyhan qəzeti: İran Ərəb körfəzində internet kabellərini kəsməlidir

İranın sərt xətt tərəfdarı olan “Kayhan” qəzeti ABŞ və müttəfiqlərinə təzyiq göstərmək məqsədilə İran ordusunu və İslam İnqilabı Keşikçiləri Korpusunu Ərəb körfəzi və Hörmüz boğazının altından keçən beynəlxalq fiber-optik kabellərin fəaliyyətini pozmağa və ya onları kəsməyə çağırıb.

Gunaz.tv

“Kayhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari yazıb: “Bu şər mənbələrini diz çökdürmək və onların həyat damarını kəsmək üçün internet kabellərinin fəaliyyətinin qarşısını almaq bizim danılmaz haqqımız deyilmi?”

O, belə bir addımın beynəlxalq qaydaları poza və digər ölkələrə zərər vura biləcəyini etiraf edib. Lakin ABŞ-ın İrana qarşı hücumlarının da qanunsuz olduğunu iddia edərək bu addımı müdafiə edib.

Xatırladaq ki, May ayının əvvəlində İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın “Tasnim” xəbər agentliyi də Hörmüz boğazından keçən sualtı internet kabellərindən gəlir əldə etməyə çağırıb. Agentlik bu su yolunu yalnız enerji və gəmiçilik baxımından strateji əhəmiyyət daşıyan məkan deyil, həm də rəqəmsal təzyiq vasitəsi kimi təqdim edib.

Sualtı kabellər qlobal internet və maliyyə trafikinin böyük əksəriyyətini özündə daşıyır. Avropa, Asiya və Ərəb körfəzini geniş sualtı şəbəkə vasitəsilə birləşdirən bu kabellər bank sistemlərindən bulud hesablamalarına, hökumətlərarası rabitədən enerji bazarlarına qədər çoxsaylı sahələrin fəaliyyətini təmin edir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar