SON XƏBƏRLƏR

Kiyevdən sülh danışıqlarında yeni mərhələ

2026.09.03, 15:15
Kiyevdən sülh danışıqlarında yeni mərhələ

Ukraynanın Xarici İşlər Naziri Andrey Sibiqa ölkədə sülhün bərqərar olunması istiqamətində diplomatik səylərin yeni və daha aktiv mərhələyə qədəm qoyacağını bəyan edib.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın xarici siyasət idarəsinin rəhbəri hindistanlı həmkarı Subrahmanyam Cayşankar ilə keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib. 

"Biz öz torpağımız uğrunda, ədalətli sülh uğrunda mübarizə aparırıq. Hesab edirəm ki, dünyanın bir çox paytaxtlarında siyasi-diplomatik aktiv fazanın qayıtması ilə sülh səylərində yeni bir dinamikaya şahid olacağıq. Bu səbəbdən xəbərləri diqqətlə izləyin", – deyə Sibiqa jurnalistlərə açıqlamasında vurgulayıb.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov da payız aylarında danışıqlar prosesinin kəskin şəkildə fəallaşacağını bəyan etmişdi.  

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar