SON XƏBƏRLƏR

ABŞ İrana görə Türkiyədə yerləşən üç qurumu hədəfə aldı

2026.09.05, 09:11
ABŞ İrana görə Türkiyədə yerləşən üç qurumu hədəfə aldı

ABŞ Maliyyə Nazirliyi ötən gün İranla bağlı yeni sanksiyalar tətbiq edib və bu çərçivədə Türkiyədə yerləşən üç qurumu hədəf alıb.

Gunaz.tv

Yeni sanksiya tətbiq olunan qurumlar arasında "Golden Global Portfoi Yönetimi Anonim Şerketi", "Golden Global Varlik Kiralama Anonim Şerketi" və "Golden Global Yatirim Bankasi Anonim Şerketi" də var.

ABŞ Maliyyə Nazirliyi həmçinin sanksiya tətbiq olunan qurumlarla əməliyyatların tədricən dayandırılmasına imkan yaradan ümumi icazə verib.

Qurumlar İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələri üçün on milyonlarla dollarlıq əməliyyatları asanlaşdırmaqda və İran rejiminə beynəlxalq səviyyədə vəsaitlərin axın etməsinə imkan verən əsas bank brokerlik çıxışı təmin etməkdə ittiham olunurlar.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar