SON XƏBƏRLƏR

Almaniyada Bank Sepahın Frankfurt filialı iflas prosesinə daxil olub

2026.09.10, 22:32
Almaniyada Bank Sepahın Frankfurt filialı iflas prosesinə daxil olub

Bank Sepahın Frankfurt filialının borc və maliyyə öhdəliklərini yerinə yetirmək iqtidarında olmadığı açıqlanıb.

Gunaz.tv

Almaniyanın Federal Maliyyə Nəzarəti İdarəsi (BaFin) İranın Bank Sepahının Frankfurt filialının elan etdiyi borc və maliyyə öhdəliklərini artıq ödəyə bilmədiyini bildirib.

Məlumata görə, Avropa İttifaqının Bank Sepaha qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində filial Avropanın ödəniş sisteminə çıxışını itirib və müştərilərin əmanətlərini qaytara bilmir.

Filialın Almaniya Mərkəzi Bankında milyonlarla avro vəsaiti olsa da, Frankfurt filialı ilə bağlı müflislik prosesi başladılıb.

Bu vəziyyət ABŞ-ın İranın maliyyə sektoruna qarşı təzyiqləri və xarici ölkələrdə fəaliyyət göstərən İran banklarının məhdudlaşdırılması fonunda yaranıb.

 

GunAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar