SON XƏBƏRLƏR

WSJ: ABŞ İranın endirdiyi zərbələri Çinin təqdim etdiyi peyk görüntüləri ilə əlaqələndirib

2026.09.12, 09:34
WSJ: ABŞ İranın endirdiyi zərbələri Çinin təqdim etdiyi peyk görüntüləri ilə əlaqələndirib

İran iyul ayında İordaniyada üç ABŞ hərbçisinin ölümü ilə nəticələnən hücumdan əvvəl Çin qurumlarından yüksək keyfiyyətli peyk görüntüləri əldə edib.

Gunaz.tv

Bu barədə “Wall Street Journal” cümə günü hadisə ilə tanış olan ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Rəsmilərin sözlərinə görə, bu, müharibə zamanı Çinin İrana dəstəyinin ABŞ qüvvələri üçün ölümcül nəticələrə səbəb olduğuna dair indiyədək ən aydın sübutdur.

ABŞ rəsmiləri görüntüləri təqdim edən Çin qurumlarının adını açıqlamayıb və Pekinin hücumda birbaşa iştirak etdiyini iddia etməyiblər. Onların sözlərinə görə, Tehran peyk görüntülərini həm hücumdan əvvəl, həm də sonra əldə edib.

Hesabata görə, ABŞ-ın yüksək vəzifəli rəsmiləri məsələni Çin tərəfdəki həmkarları ilə müzakirə ediblər. Çin rəsmiləri isə bu iddiaları rədd edərək sübut tələb ediblər.

“Wall Street Journal”ın məlumatına görə, bu məsələ Prezident Donald Tramp ilə Çin lideri Si Cinpin arasında planlaşdırılan sammit ərəfəsində iki ölkə arasında gərginliyi daha da artıra bilər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar